192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
DQMŞ "şəhid ailələrinə qarşı alçaldıcı münasibəti" pisləyib
2018-11-13 16:50:51

Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) bəyanatla çıxış edərək, "hakimiyyətin şəhid ailələrinə və Qarabağ müharibəsi veteranlarına qarşı alçaldıcı münasibətini" pisləyib.

Sənəddə bütünlükdə "əhalinin böyük hissəsini həyatda qalmaq uğrunda mübarizəyə və ən yaxşı halda 200 manat (120 dollar) pensiya və əmək haqqı almağa" məhkum edən hakimiyyətin sosial siyasəti tənqid edilir.

DQMŞ "hakimiyyətin şəhid ailələrinə və Qarabağ müharibəsi veteranlarına qarşı alçaldıcı münasibətini ən pis hal" adlandırır.

Şəhid ailələri 20 ildən çoxdur müharibədə doğmalarını itirdiklərinə görə onlara düşən 11 min manat yardımı ala bilmirlər.

İctimaiyyətə şəhid ailələrinə təzminatların ödənilməsi məsələsini üç ay ərzində həll etmək vəd olunub. Amma indiyədək 2500 şəhid ailəsi bu vəsaiti almayıb.

Bundan başqa, parlament və prezident administrasiyası qarşısında öz hüquqlarını tələb etmək üçün yığışan şəhid ailələrinin üzvləri təhqiramiz və ləyaqəti alçaldan davranışa məruz qalırlar.

Bu cür münasibət Azərbaycan hakimiyyətinin "antimilli mahiyyətini" parlaq şəkildə nümayiş etdirir. Müdafiə Sənayesi Nazirliyinə və FHN-ə ordunun və hərbiçilərin təminatı üçün ayrılan milyardlarla vəsait offşor zonalara aparılır.

"Və bu fonda hakimiyyət hansısa 15 mln. manat üçün şəhid ailələrini alçaldır", deyə bəyanatda bildirilir. Veteranlara isə bir həftəlik dərmana belə çatmayacaq məbləğdə yardım ödənilir.

DQMŞ hakimiyyətdən ən qısa müddətdə şəhid ailələrinə yardım məsələsini həll etməyi və onlara qarşı ləyaqəti alçalan münasibətə son qoymağı tələb edir, yardım ölçüləri artırılmalıdır və müharibədə birinci qrup əlil olan veteranlara da eyni məbləğ ödənilməlidir; şəhid ailələrinə və veteranlara ödənilən aylıq yardımlar onların sosial tələbatını ödəyən səviyyəyə qədər artırılmalıdır.