192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
ATƏT MQ-nin bəyanatı: “Ermənistan və Azərbaycan prezidentləri görüşmək barədə razılığa gəliblər”
2019-03-01 15:40:56

Ermənistan və Azərbaycan liderləri ATƏT-in Minsk qrupunun həmsədrlərinin görüşmək təklifini qəbul etdilər.Bu haqda MQ həmsədrlərinin regiona səfəri nəticələriylə martın 1-də olan bəyanatında bildirilib.“ATƏT MQ həmsədrləri (İqor Popov RF, Stepan Viskonti Fransa, Endryu Şofer ABŞ) fevralın 20-də Yerevanda Ermənistanın Baş naziri Nikol Paşinyanla, fevralın 21-də Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüşərək yaxın gələcəkdə liderlərin görüşünü hazırlamaq məsələsini, mümkün mövzuların müzakirələri də daxil olunmaqla söhbət ediblər. Həmsədrlər Ermənistan və Azərbaycan Xarici işlər nazirləri ilə də görüşlər keçiriblər. Həmsədrlərə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də qoşulub. Regional görüşlər zamanı liderlər həmsədrlərə Dünya İqtisadi Forumu çərçivəsində yanvar ayında Davosda keçirilən son dialoq barədə ətraflı məlumat veriblər. Dövlət başçıları və həmsədrlər gələcək addımlar üçün mövcud vəziyyət və gözləntiləri müzakirə ediblər. Həmsədrlər təmas xəttində itkilərin sayının azaldılmasına müsbət baxdılar. Onlar həmçinin bölgədəki sülh müzakirələrinin intensivləşməsini məmnunluqla qarşıladılar. Rəhbərlər yaxın gələcəkdə görüşə dair ATƏT MQ həmsədrlərinin təklifini qəbul etmişlər”-deyərək bəyanatda bildirilib.