192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
AXCP GK sәdrinin evinә polis basqını
2019-03-02 14:21:55

Polislәr AXCP Gәnclәr Komitәsinin sәdri Emil Sәlimovun yaşadığı evә gәlib, evdә heç kimin olmadığını görәndә isә oğrular kimi pәncәrәdәn içәri keçiblәr. Bu barәdә E.Sәlimovun özü mәlumat yayıb:

“Yayılmasını istəmirdim. Sabah evdən qanunsuz nəsə çıxma ehtimalına görə ictimailəşdirməyi uyğun bilirəm. Üstəlik tək mənim deyil, digər fəalların da başına gələ biləcək hadisədir. Bilsinlər ki, etdikləri paqon altında quldurluqdur, dövlət orqanı adına ləkədir!
Polis, yaşadığımız həyət evinin hasarından tullanaraq içəri keçib və şəkildə gördüyünüz oğru üsulu ilə plastik pəncərəni açıb evə daxil olublar. 4-5 dəqiqə evdə olduqdan sonra evdən çıxıblar. Fotodakı məftil qurğusunu isə evdə unudublar. Ev qəsəbədə kifayət qədər yüksəkdə yerləşdiyi üçün hadisəni demək olar ki, çoxları görə bilib. Sonda isə evə gələn atam həmin 3 polis əməkdaşı ilə rastlaşıb. Pəncərənin açıq olduğunu sonradan bilib.”