192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Azərbaycanda uşaqlar “Qarabağın qayıdacağına” inanmamaq və Heydər Əliyevə baş əyməmək üçün döyülür
2018-11-13 16:08:36

2018-ci il oktyabrın 23-dən Ermənistanın İctimai Radiosunda rus dilində yayımlanan “Azərbaycan bir həftə ərzində” proqramında Azərbaycanda həftə ərzində baş verən ən mühüm və maraqlı hadisələr müzakirə olunur. Proqram aparıcıları Anjela Elibegova və Armine Adibekyandır.

Proqram çərçivəsində Azərbaycanda insan hüquqlarının durumu müzakirə olundu. Siyasi məhbus Murad Ədilovun uşaqları Heydər Baba haqqında öyrənmək istəmirlər, çünki o atalarını həbs etdirən şəxsin atasıdır.

Qeyd olunur ki, Azərbaycanda uşaqları “Qarabağın qayıdacağına” inanmamaq və Heydər Əliyevə baş eğməmək üçün döyürlər. Ədilova gəlincə də, onun günahı odur ki, o, “Azərbaycan Saatı” televiziya proqramının əməkdaşı Natiq Ədilovun qardaşıdır. Natiq Ədilov hazırda mühacirətdədir. Nəticədə onun qardaşı Murad Ədilov 2014-cü ilin avqustunda narkotik ittihamı ilə həbs edilib.

Narkotik ittihamları Azərbaycanda müxalifətlə mübarizənin ənənəvi metodudur. Bir neçə il əvvəl qərbi media yazırdı ki, Azərbaycanda bütün ziyalılar, düşünən insanlar və jurnalistlər ya psixopat, ya da narkomandır, çünki onları narkotiklər və ya ictimai asayişin pozulması üçün həbs etdirlər. Bu istehza onu göstərir ki, insanları ən asan şəkildə hazırlanan maddələrlə həbs edirlər.

Və indi uşaqlar “Heydər Əliyev haqqında öyrənmək istəmirəm, axı İlham Əliyev bizim atamızı tutdurub” deyirlər.

Murad Ədilovun anası Tahirə Ədilovanın qadağa edilmiş Meydan TV-yə verilən mühabiəsi onu göstərir ki, onun uşaqları bu dərsi öyrənmək istəmirlər və öyrənməyəcəklər. Bu ailəyə qarşı hələ o vaxq təqiblər aparılırdı. Natiqin anası və həyat yoldaşı onu qəbul etmədiklərini bəyan etməyə məcbur qalmışdılar.

Məhz bu da, Azərbaycanın siyasi məhbuslara qarşı tətbiq etdiyi ən çirkil metodudur.