192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Rafael Hüseynov 30 sutka həbs edilib
2019-03-04 13:16:54

Gənc fəal Rafael Hüseynov yenidən inzibati qaydada 30 sutka həbs olunub. Bu barədə Turan-a onun atası Füzuli Hüseynov bildirib.

Onun sözlərinə görə, Mehdiabad qəsəbəsi polis bölməsində ona deyiblər ki, fevralın 28-də axşam onun oğlunu Abşeron Rayon Polis İdarəsinə aparıblar.

Həmin idarədə F.Hüseynova bildiriblər ki, oğlu inzibati qaydada 30 sutka həbs olunub. Lakin həbsin səbəbini açıqlamayıblar.

F.Hüseynov qeyd edib ki, Abşeron Rayon Polis İdarəsində cəza çəkmək üçün lazımi şərait yoxdur.

Onun sözlərinə görə, saxlama kameraları uzunmüddətli həbs üçün nəzərdə tutulmayıb.

"Mən özüm də Abşeron polisində saxlanılmışam. Orada şərait çox pisdir. Kameralar qızdırılmır, antisanitariya hökm sürür, qidalanma çox pisdir. Başa düşmürəm, inzibati qaydada həbs edilənlər üçün xüsusi məntəqənin olduğu halda niyə oğlumu Abşeron polisində saxlayırlar", - F.Hüseynov qeyd edib.

O deyib ki, oğlu fəal vətəndaş mövqeyi ilə əlaqədar uydurma ittihamlarla təqib olunur.

Qeyd edək ki, AXCP üzvü R.Hüseynov siyasi məhbusların azadlığa buraxılması tələbilə təkbaşına aksiyalar keçirməklə tanınır. Buna görə saxlanmalara, cərimə və həbslərə məruz qalıb.