192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Flora Kərimova: "Sizi ora yaltaqlanmağa, qorxmağa yox, problemləri bölüşməyə çağırmışdılar"
2019-03-04 15:40:42

"Yeniavaz.org"da "Sizi ora yaltaqlanmağa, qorxmağa yox, problemləri bölüşməyə çağırmışdılar" sərlövhəli məqalə diqqət çəkir.

Müəllif prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşü ilə bağlı tanınmış müğənni, xalq artisti Flora Kərimovanın baxışına yer verib.

F.Kərimova narazılq edir ki, həmin tədbirdə incəsənətin, mədəniyyətin problemləri səsləndirilmədi: "Bu elə bir məkan idi ki, bu məkanda insanları xahiş etməyə yığmamışdılar. Buraya sənət adamlarını incəsənətin, mədəniyyətin problemlərini söyləmələri üçün yığmışdılar. Ancaq mən bu sahədə gözlədiklərimi eşitmədim. Ümumi xahişlər oldu, amma onu da ehtiyat edə-edə soruşdular. Sizi oraya çağırdılar ki, ürəyinizi açasınız, ağrılarınızı deyəsiniz. Sizi ora, üzr istəyirəm, yaltaqlanmağa, qorxmağa yox, problemləri bölüşməyə çağırmışdılar",-F.Kərimova belə deyir.

Xalq artisti iddia edir ki, orada deyilməli çox söz var idi, eşitməyə də hazır idilər, amma bu qorxu hər sahədə millətin canından çıxmır ki, çıxmır.

F.Kərimova həmin görüşdə bəzilərinin ölkənin mədəniyyət sahsindəki problemlərini yox, şəxsi problemlərini həll etmək istəmələrini, bunun nəticələrini kəskin tənqid edir: "Kim haranı istədi açdı, kim nə istədi dedi və düşdük bu günə".