192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Gəncədə həbs olunanlara qarşı dəhşətli qanunsuzluqlar
2019-03-04 17:59:34

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, hüquq müdafiəçisi Oktay Gülalıyev: Gəncədəyik. 2018- ci ilin yayında həbs olunmuş bir qrup şəxsin ailə üzvləri ilə görüşdük. Övladları ağır işgəncələrə, ittihamlara və cəzaya məruz qalmış valideynləri dinlədikcə adam dəhşətə gəlir. Bir daha aydın olur ki, Azərbaycanda hüquq və insan haqları adına nə varsa dəfn ediblər…

Valideynlərin verdiyi məlumata görə "Gəncə işi” ilə bağlı həbs olunan şəxsin heç bir müdafiə hüququ təmin olunmayıb. Onların işində bir nəfər də olsun müstəqil vəkil iştirak etməyib. Bu günə qədər təqsirləndirilən şəxslərə İttihan Aktı və məhkəmə hökmü verilməyib (!?). Həbs olunanların bir çoxu hansı maddələrlə ittiham olunduqlarını bilmirlər (!?)…

Həbs olunanlar sadə, kasıb insanların övladlarıdır. Çoxu övladlarının məhkəməsində iştirak etmək üçün Bakıya gedə bilmirlər. Onlara aylarla yanına gedib sovqat apara bilmirlər. Yeri gəlmişkən Gəncədə keçirilməli olan məhkəmə Bakıda Sabunçu rayon məhkəməsində keçirilir ki, insanlar öz doğmalarının məhkəməsində iştirak edə bilməsinlər. Məhkəmə önündə izdiham və kütləvilik olmasın…

Hazırda “Gəncə işi” ilə bağlı ən azından 50- dən çox şəxs həbsdədir. Onların işində siyasi motivlər var. Bu motivləri araşdırmağa və hüquqi dəstək olmağa çalışacayıq.