192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
FTX azərbaycanlı jurnalisti casusluqda ittiham edir
2018-11-13 17:55:12

Rusiya Federal Təhlükəsizlik Xidməti Moskvada çalışan azərbaycanlı jurnalist Namiq Həsənovu xarici xüsusi xidmət orqanları ilə əlaqədə ittiham edib.

Axar.az xəbər verir ki, bu barədə “Haqqin.az” saytına Namiq Həsənovun özü məlumat verib. Həsənovun sözlərinə görə, o, bir sıra Rusiya və Azərbaycan KİV-lərində faəliyyət göstərib, 2016-2018-ci illərdə isə “Report” agentliyinin müxbiri olub.

Jurnalist növbəti dəfə Bakıya səfər etdikdən sonra Azərbaycan-Rusiya sərhədində FTX-nin onu ittiham edən məktub göndərdiyini öyrəndiyini deyib. Məktubda onun Rusiyaya geri dönməməsi və buna əməl etməyəcəyi halda həbs ediləcəyi bildirilib.

Namiq Həsənov sonradan bu qərarın yanlışlıq olmasıyla bağlı FTX-nin rəhbəri A.Bortnikova müraciət etsə də, heç bir nəticə əldə etməyib. Jurnalist özü qeyri-rəsmi kanallar vasitəsilə FTX tərəfindən xarici xüsusi xidmət orqanları ilə əlaqələrdə ittiham edildiyini öyrənib.