192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Davit Tonoyan AŞ Nümayəndəsiylə Artsax məsələsində hüquq normaların saxlanması məsələsini müzakirə edib
2019-03-04 16:15:51

Ermənistan Respublikasının  Müdafiə naziri Davit Tonoyan martın 4-də  Avropa Şurasının  İnsan hüquqları üzrə baş müdiri Kristos  Cakumpulusu qəbul edib.

ER Müdafiə nazirliyindən bildirildiyinə əsasən,  görüş  silahlı qüvvələrdə  insan hüquqlarının müdafiəsinin hüquqi və institusional mexanizmlərinin, bu sahədə Avropa Şurası ilə əməkdaşlığın müzakirəsinə yönəlmişdir.

ER Müdafiə naziri Avropa Şurasının  nümayəndəsinə silahlı qüvvələrində insan hüquqlarının  müdafiəsinin möhkəmləşdirilməsinə  yönəlmiş  müxtəlif təşəbbüsləri təqdim edib.  Davit Tonoyan həmsöhbətçinin diqqətini  Dağlıq Qarabağ  münaqişəsinin kontekstində  beynəlxalq humanitar  hüquq normaları və tələblərinin saxlanması zəruriyyətinə yetirib, beynəlxalq qurumları  münaqişə tərəflərindən mülki və hərbi məhbusların ədalətli məhkəmə araşdırması hüququnun həyata keçirilməsinə diqqət yetirməyə çağırıb.

Görüş zamanı  həm də Ermənistan-Avropa Şurası əməkdaşlığının digər gündəlik məsələləri müzakirə olunub.