192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Ermənistan həmsədrlər vasitəsiylə Azərbaycana DQ münaqişəsinin nizamlanmasının öz baxışını təqdim edib
2019-03-05 10:38:23

ER Baş naziri Nikol Paşinyan EurActiv-ə müsahibəsində bildirib ki,Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün uzunmüddətli sülhün bərqərar olmasına dair konstruktiv dialoqa sadiqdir.“Region əhalisini münaqişənin sülh yolu ilə həll edilməsinə hazırlamaq üçün mən dəfələrlə ,həll prosesi bütün üç tərəfin - Ermənistanın, Dağlıq Qarabağın və Azərbaycanın maraqlarını nəzərə almalı olduğunu bildirmişəm. Mən Azərbaycan prezidentinin eyni tərzlə davranmadığı üçün ictimaiyyəti və mətbuat tərəfindən tənqidə layiq görülmüşəm.Üstəlik, onun aqressiv ritorikası mənim sülhə hazırlamaq səylərim üzərinə mənfii təsir edir və ATƏT MQ həmsədrləri səylərinə xələl toxundurur”-deyərək Nikol Paşinyan bəyan edib.Azərbaycan prezidenti İlham Əliyevin 2019-cu ildə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına “yeni bir təkan verəcək” bəyanatını şərh edərkən N.Paşinyan deyib: “Yeni təkan “ deməklə prezident Əliyev DQ xalqının öz müqəddaratını təyin etmək hüququnun tanınmasını nəzərdə tutur. Əgər belə deyilsə, demək bu sadəcə olaraq bəyanatdır”."Təbii ki, sülh prosesinə yeni bir məzmun vermək və artıq vasitəçilər vasitəsi ilə Azərbaycan tərəfinə öz baxışımızı (ATƏT-in Minsk qrupu) təqdim etmişik. Sülh regionun bütün ölkələrinin mənafeindən doğur və biz davamlı, sabit sülhə nail olmaq üçün səy göstərməyə hazırıq “- deyərək N.Paşinyan qeyd edib.