Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
N. Paşinyan : “ Müvafiq əvəzetmə olmadan biz Metsamor Atom stansiyasını qapada bilmərik”
2019-03-05 12:27:16

Bu mərhələdə Ermənistan, Metsamor AES-ni modernləşdirmək və təhlükəsizliyini artırmağı planlaşdırır və onun alternativ enerji mənbələri görünənə qədər işləyə biləcəyini vurğulayıb. Ermənistanın Baş naziri Nikol Paşinyan bunu Euractiv saytına verdiyi müsahibəsində bəyan edib. “Atom enerji stansiyası bizim enerji təhlükəsizliyimizin əsasıdır.Odur ki, biz onu müvafiq əvəzolunma olmadan qapada bilmərik, yəni, hansı ki, enerji təhlükəsizliyinin eyni səviyyəsini təmin edə bilər”-deyərək Nikol Paşinyan qeyd edib. Paşinyan xatırladıb ki, Ermənistan və Avropa Birliyi arasında Ermənistanda atom enerjisinə dair müqavilədə bir xüsusi bənd var. Bu müddəa həqiqətən Metsamor  Atom  enerji stansiyasını bağlanması və təhlükəsiz istismarı üçün bir şərt kimi, onu enerji təhlükəsizliyi və Ermənistanın davamlı inkişafı şəraitini təmin etmək üçün yeni imkanlarla əvəz etmək zərurətini nəzərə almalıdır.