192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Yeni siyasi məhbuslar siyahısında 133 nəfər var
2019-03-05 15:42:59

Azərbaycanın siyasi məhbuslarının azadlığı uğrunda ittifaq bu gün siyasi məhbusların yeni siyahısını elan edib. Siyahıda 133 nəfərin adı var. Siyasi məhbuslar 11 qrupa təsnif edilib, bu barədə Turan-a İttifaqın koordinatoru, hüquq müdafiəçisi Elşən Həsənov bildirib.

"Jurnalistlər və blogerlər" kateqoriyasında 8 nəfər, "Yazıçılar və şahirlər" kateqoriyasında 1 nəfər, "Hüquq müdafiəçiləri" kateqoriyasında 1 nəfər, "Gənc fəallar" qrupunda 4 nəfər var.

Bundan başqa, "müxalif partiya və hərəkatların üzvləri" qrupunda 11, "MTN-dəki cinayətlərin qurbanları" kateqoriyasında 8 nəfər var.

Əvvəlki kimi, ən böyük qrup "dindarlar"dır, bu qrupda 70 nəfərin adı var.

"Siyasi girovlar" qrupunda qohumlarının siyasi fəaliyyəti ilə əlaqədar mühakimə edilmiş 3 nəfər var.

"Keçmiş dövlət qulluqçuları" qrupunda 3 nəfər var. Bundan başqa, 10 nəfər "sosial etiraz qurbanları"dır. 14 nəfər "ömürlük məhbuslar"dır.

Təşkilatın əvvəlki siyahısı ötən ilin dekabrında elan edilib. Həmin vaxt siyahıda 160 ad var idi.

Həmin vaxtdan etibarən AXCP sədrinin müşaviri Məmməd İbrahim, "hicab məhbusu" Telman Şirəliyev, bloger Mehman Hüseynov, "Səid Dadaşbəylinin işi" üzrə iki məhkum, Nardaran hadisələri ilə həbs edilmiş şəxslər olmaqla, 18 nəfər cəza müddəti başa çatdığına görə azad edilib.

* Azərbaycanın siyasi məhbuslarının azadlığı uğrunda İttifaq ötən ilin noyabrında Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus, Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov, "Tolışi sədo" qəzetinin baş redaktoru Hilal Məmmədov və Azərbaycan Ziyalılar İttifaqının sədri Eldəniz Quliyev tərəfindən təsis edilib.