192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Mədəniyyət xadimləri hakimiyyətdən sədəqə gözləməməlidi
2019-03-05 17:57:13

Martın 1-də dövlət başçısının mədəniyyət və incəsənət xadimləri ilə görüşündə iştirakçılar əsasən şəxsi problemlərinin və xahişlərinin həlli ilə məşğul idilər. Bu zaman mühüm dövlət məsələləri, mədəniyyət problemləri kənarda qaldı. Bu barədə "Amerikanın Səsi" radiosuna müsahibəsində Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli bu görüşün məzmununu şərh edərkən bildirib.

Bu gün mədəniyyət sahəsində anormal vəziyyət yaranıb. Bu sahənin nümayəndələri özləri qazana bilmirlər və hakimiyyətdən dəstək istəmək məcburiyyətindədirlər. Bu, mədəniyyət işçilərinin kommersiya fəaliyyəti üçün normal şəraitin olmamasının nəticəsidir.

Eyni zamanda, ayrı-ayrı şəxslərə dəstək, onlara mənzil, təqaüd və digər maddi yardımların verilməsi mədəniyyətin qeydinə qalınması kimi qələmə verilir.

Bu yanaşma mədəniyyət xadimlərini hakimiyyətdən asılı hala salır. Bundan başqa, bu, qalan vətəndaşlara - ölkənin vergi ödəyicilərinə qarşı ədalətsizlikdir, deyə o qeyd edib.

Məsələn, niyə illərlə cəbhə xəttində xidmət edən zabitə yox, şou-biznes nümayəndəsinə ev verilməlidir?

Ümumiyyətlə, hakimiyyətin vəzifəsi normal şərait yaratmaqdan ibarətdir ki, onlar öz əməkləri ilə qazana bilsinlər - kitab, musiqi əsəri yazıb, rəsm əsərləri çəkib sata bilsinlər, hakimiyyətdən əmək haqqı istəməsinlər, deyə Həsənli qeyd edib.