192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Neft Fondunun gəlirləri 6 dəfə azalıb
2019-03-05 14:13:31

Ötən il Neft Fondunun vəsaitinin idarə olunmasından əldə edilən gəlirləri 6 dəfə azalıb. Fond yalnız səhmlərin idarəedilməsindən 42,9 milyon dollar ziyana düşüb.

Bu barədə iqtisadçı alim, ADR hərəkatının sədri Qubad İbadoğlu məlumat paylaşıb. Q.İbadoğlu yazır ki, nəhayət ki, martın 1-də Fond 2018-ci il üzrə üzrə gəlir və xərclərinə dair məlumatları açıqlayıb. Məlum olub ki, gecikmənin ciddi səbəbləri mövcuddur.

“Fondun son açıqlamasındakı məlumatların əvvəlki illərlə müqayisəli təhlindən məlum olur ki, ötən il ərzində Neft Fondunun vəsaitinin idarə olunmasından əldə etdiyi gəlirlər əvvəlki illə müqayisədə 6 dəfə azalıb. Belə ki, 2017-ci il ərzində Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirləri 1 083,6 milyon manat, 2016-cı il ərzində müvaflq göstərici 1 068,8 milyon manat olduğu halda, ötən il üçün bu göstərici 181,1 milyon manat təşkil edib. Baxmayaraq ki, 2019-cu il yanvarın 1-ə Fondun aktivləri, yəni idaəçilikdə olan vsəaitləri 2018-ci ilin əvvəlinə nisbətən 7,56 faiz artaraq 38 515,2 milyon ABŞ dollarına çatıb. Bu isə o deməkdir ki, aktivlərin artmasına baxmayaraq, Fondun investisiya portfeli üzrə gəlirliyi aşağı düşüb. Belə ki, müqayisə olunan dövrlərdə bu göstərici 2016-cı ildə 1,92 faiz, 2017-ci ildə 1,88 faiz olduğu halda 2018-i ildə 0,35 faiz təşkil edib”, – deyə Q.İbadoğlu bildirib.
İqtisadçı alim qeyd edir ki, ötən il Fondun əsas itkiləri səhmlərə qoyuluşlardan olub. Səhmlərin idarəedilməsindən Fond 0,87 faiz və ya 42,9 milyon dollar ziyana düşüb. Məlumat üçün qeyd edim ki, Fondun investisiya portfelində səhmlərin payı 12,8 faiz,məbləği isə 5 milyard dollar təşkil edir.