192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Johannes Han: “ Ermənistana Avropa Birliyinin yardım proqramları fərqli olmalı və paralel şəkildə həyata keçirilməlidir”
2019-03-06 10:57:51

Avropa Birliyinin Qonşuluq siyasətçiliyi və genişləndirmə danışıqları məsələləri üzrə komissar Yohannes Han o qənaətdədir ki, Ermənistana Avropa Birliyinin yardım proqramları fərqli olmalı və paralel şəkildə həyata keçirilməlidir.Bu haqda Han Brüsseldə işgüzar səfərlə orada olan ER Baş naziri Nikol Paşinyan və Avrokomissiya sədri Jan-Klod Yunker ilə birgə mətbuat zamanı bəyan edib. Komissar Nikol Paşinyana istinadən bildirir ki, bir həftə əvvəl Ermənistan 13 xüsusi layihə üzərində “yol xəritəsi” təqdim etdi və tərəflər iqtisadi inkişafa, yəni biznes sektoruna böyük diqqət yetirilməsinə razılıq veriblər. Hanın sözlərincə, artıq mövcud nəticələrdən biri, Avropa vəsaitləri vasitəsiylə erməni bankları valyuta risklərini aradan qaldırmaq üçün kiçik və orta müəssisələrə və yerli valyutada mikrokredit verənlərə kredit verə bilər. Hanın qənaətincə, iqtisadiyyatdan başqa Ermənistana infrastrukturları inkişaf etdirməyə istiqamətlənmiş yardım ayırmaq lazımdır. “ Onun üçün ki, bizim qarşlıqlı əlaqələrimizə bu olduqca vacibdir. Bunlar bizim gündəmdə investisiyalar tələb edir xüsusən, nəqliyyatları, dəmir yollarınının inkişafı üçün. Bu həmçinin fəaliyyətdə olan enerji şəbəkələri, elektro enerjinin ötürülməsi və ixracı üçün tələb olunur”-deyərək Yohannes Han aydınlaşdıraraq əlavə edib ki, energetik sənaye həmçinin bir problemdir ki, o da o qədər sənaye sahəsində deyil nə qədər ki, kiçik və orta müəssisələr üçün çoxsaylı iş yerlərini yaradır.