192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Azərbaycanda rəsmi göstərilən yoxsulluq səviyyəsi reallığa uyğun deyil
2019-03-06 14:46:39

"Strateq.az"da isə "İqtisadçı hökumətin yoxsulluqla bağlı hesabatını lağa qoydu:İndi dünya bizə baxıb, ah çəkir" sərlövhəli məqalə oxumaq olar

Sayt Azərbaycanda rəsmi olaraq yoxsulluq həddinin 5,1% səviyyəsində elan olmasına dair tanınmış iqtisadçı ekspert Natiq Cəfərlinin baxışlarına yer verib.

"Rəsmi rəqəmlərə görə, Azərbaycanda yoxsulluq həddində yaşayanlar əhalinin cəmi 5,1%-ni təşkil edir. Dünya bizə baxıb qibtə edir, ah çəkir, köks ötürür", -ekspert rəsmi elan olunan göstəriciyə belə ironik münasibət ifadə edir.

"Bu göstərici Latviyada - 27%, Rumıniyada - 24%, Bolqarıstanda - 22%, Litvada - 21%, Almaniyada - 16%, İsveçdə - 13%, Danimarkada - 13%, Avstriyada - 12%-dir, ABŞ da isə 20%-dən çoxdur" deyə ekspert əlavə edir.

N.Cəfərliyə görə, Azərbaycanda rəsmi göstərilən yoxsulluq səviyyəsi reallığa uyğun deyil və bunun da öz səbəbləri var, özü də çox sadədir, belə ki, yoxsulluq həddi indikatorları köhnədir, real deyil, yoxsulluq səviyyəsi çox aşağı göstəricilərlə hesablanır.

N.Cəfərli inkişaf etmiş dünya ölkələrində yoxsulluq səviyyəsinin ölçülməsilə Azərbaycan arasında paralellər apararaq fərqləri göstərir.

Onun deməsinə görə, Almaniyada aylıq gəliri 950 avrodan az olanlar kasıb sayılırlar, yəni 1900 manatdan aşağı gəliri olan yoxsuldur: "Bizdə isə camaat 1900 manat maaş almaq, pul qazanmaq üçün day-day axtarır ki, elə işə düzəltsin" deyə edkpert bir fərqi göstərir.

Ekspert vurğulayır ki, ABŞ-da illik gəliri 20 min dollardan az olanı yoxsul sayırlar, yəni, ildə 34000 min, ayda 2830 manat qazanana kasıb deyirlər: "Bizdə isə aya 2830 manat qazanana, "halaldı, bravo, uşaqda fərasətə bax" deyərlər" deyə N.Cəfərli daha bir fərq göstərir.

N.Cəfərli bildirir ki, Azərbaycanda hökumət "rəqəmlərlə rəqs edərək" yoxsul insanların ümumi əhaliyə nisbət sayını Amerikadan, Almaniyadan az çıxardır.

"Çox demirəm, bizdə yoxsulluq həddi 500 manat, 4 nəfərlik ailə üçün 2000 manat hesablansa, ölkənin 70-80%-i yoxsulluq həddinə düşər" deyə ekspert real yoxsulluq səviyyəsinin əhatəsini göstərir.