192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Yataqxanada yanğın iki nəfərin ölümünə səbəb olub
2019-03-06 15:51:26

Bakı şəhəri Nərimanov rayonu Malik Məmmədov küçəsi, 12 ünvanında yerləşən beşmərtəbəli yataqxanada yanğın baş verib.

Hadisə martın 5-də, gecə saatlarında olub.

ONA-nın məlumatına görə, yanğın məcburi köçkünlərin məskunlaşdığı yataqxananın 3-cü mərtəbəsində başlayıb.

Hadisə nəticəsində Elza və Surxay Əliyevlər həyatlarını itirib. 6 nəfər isə xəsarət alıb, tüstüdən zəhərlənib. Onlardan 1-i Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 5-i isə Toksikologiya Mərkəzinə yerləşdirilib.

Tüstüdən zəhərlənənlər arasında Nərimanov Rayon Polis İdarəsinin rəis müavini Habil Sadıqov da olub.

Rəis müavini sakinlərin təxliyəsinə yardım edərkən tüstünün təsirinə məruz qalıb.

Ona hadisə yerinə gəlmiş təcili tibbi yardım briqadaları tərəfindən tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxşdir.

İlkin məlumatlara görə, yanğın elektrik xətlərində yaranan qısaqapanma nəticəsində baş verib.

Binanın sakinləri təxliyə edilib. Artıq yanğının qarşısı alınıb, soyutma işləri aparılır.