192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Azərbaycandan valideynlərdən işıq pulu qəbzinin kodu tələb olunur
2019-03-06 16:24:00

Bu ildən etibarən ümumi təhsil məktəblərində birinci sinfə şagird qəbulu zamanı valideynlərdən elektrik enerjisi qəbzinin kodu tələb olunur.

Bu sözləri Oxu.Az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

O, şagird qəbulunun 13 martdan etibarən başlanıldığını xatırladıb və deyib ki, bu ildən tətbiq edilən texniki yeniliklər valideynlərdə müəyyən qədər narahatlıq yaradır.

“Bunlardan biri də qeydiyyatdan keçən zaman valideynlərdən elektrik enerjisi qəbzinin kodunun tələb olunmasıdır. 

Bundan başqa, elektron xidmətlərdən istifadə edən valideynlər tez qeydiyyatdan keçir, amma bu kimi məsələləri zəif bilən, internet imkanları məhdud olanlar qeydiyyatdan gec keçirlər”.