Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
N.Paşinyan Ermənistanın DQ münaqişəsinin nizamlanması prosessində, vəziyyətə müvafiq çıxış edəcəyini təstiq edib
2019-03-07 10:30:34

Ermənistan Respublikasının Dağlıq Qarabağın sülh prosesi ilə bağlı mövqeyi dəyişməyib. Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan bu məsələyə dair Ermənistan Respublikasının Milli Parlamentində hökumət ilə sorğu-sual ərzində bəyan edib.

“Elə qiymətləndirmələr var ki, Ermənistan DQ əsas məsələsinin danışıq prosessində öz mövqeyini sərtləşdirib.Lakin mən deyə bilərəm ki, bu məsələdə Ermənistanın mövqeyi dəyişilməyib. Hələ ötən Milli Parlament iclasında mən bu ambiondan demişəm ki, Ermənistan öz mövqeyini dəyişməyib. O başdan da  mən demişdim həmin anın dəyərləndirlməsiylə bağlıdır, yəni ki, biz vəziyyətə müvafiq olacağıq.Mən demişəm ki, DQ əsas məsələsinin istənilən həlli Ermənistan,Artsax və Azərbaycan üçün qəbulediləsi olmalıdır. Biz özümüz yaxşı dərk edirik ki, bu bəyanat o qədər də asan bəyanat deyil.Bu bəyanat normal danışıq mühitini yaratmaq üçün edilib və Ermənistan göründüyü kimi bu yolda ilk addımı atan olub, ümidvar olmaqla ki, eynisəsli bəyanatla Azərbaycan tərəfi də çıxış edəcək. Təəssüflər olsun ki, indiyə kimi Azərbaycan tərəfindən ona bənzər bəyanatlar səslənmir, əksinə daima bəyanatlar edilir ki, onlar da Azərbaycan hakimiyyətlərinin bu haqda düşünmədiyinə dəlalət edir. DQ əsas məsələsini nizamlamaq üçün hər hansısa qəbul ediləsi elə variant lazımdır ki, həm də Artsax və Ermənistan üçün qəbulediləsi olsun.Biz , vəziyyətə müvafiq qalmağı üstün tutmaqla  bu vəziyyətdə öz mövqeyimizə sadiq qalırıq ”-deyərək Paşinyan bəyan edib.ER Baş naziri eləcə də o olayın protokollaşdırılmasını mühüm sayıb ki, danışıqları səmərəli aparmaq  üçün gərək səmərəli format olsun. “Bu format 1994-cü ildə Dağlıq Qarabağ danışıqların tam tərəfi kimi qəbul edildiyi zaman tanınmış və indi biz bu formatı ATƏT-in Minsk qrupu çərçivəsində tam şəkildə həyata keçirmək üçün səy göstəririk. Dağlıq Qarabağ xalqı öz müqəddəratını təyin etmək   və öz müqəddəratını təyin etmək hüququndan tam istifadə etmək hüququna malikdir”-deyərək Nikol Paşinyan bəyan edib.