192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
AXCP fəallarının saxlanması davam edir
2019-03-07 13:38:19

Çərşənbə günü Bakı Apellyasiya Məhkəməsində AXCP fəalları Saqif Qurbanov, Məhərrəm Rzayev və Tofiq Məmmədovun 15 sutka inzibati həbsilə bağlı şikayətə baxılması zamanı məhkəmənin həyətində təşkilatın digər üç üzvü - Nicat Abdullayev, Əli İmanxanlı və Fərid Əsədov polis tərəfindən saxlanılıb.

Bu barədə Turan-a AXCP nümayəndəsi İradə Nəriman məlumat verib. Onun sözlərinə görə, bir müddət sonra Ə.İmanxanlı və F.Əsədov sərbəst buraxılıb.

Lakin N.Abdullayev həbsdədir və martın 7-də məhkəmə qarşısına çıxacaq.

Hələlik N.Abdullayevin nədə günahlandırıldığını müəyyən etmək mümkün olmayıb.

Xatırladaq ki, S.Qurbanov, M. Rzayev və T.Məmmədov fevralın sonlarında polisə tabe olmamaq ittihamı ilə həbs olunublar.