192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
ReAL Partiyası Avropa Şurasına müraciət edib
2019-03-07 11:16:39

Meydan TV yazır ki, Respublikaçı Alternativ (ReAL) Partiyası topladığı 41500 seçici imzası ilə bağlı Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin Baş katibi Andreas Kieferə və Üzv Dövlətlərin Avropa Şurası qarşısındakı öhdəliklərin yerinə yetirilməsi üzrə Komitənin sədri Roger Galeyə müraciət məktubu ünvanlayıb.

Partiyanın yaydığı məlumata əsasən, məktubda qeyd olunur ki, seçkili Bakı meri vəzifəsinin təsisi ilə əlaqədar Konstitusiya Qanunu layihəsini REAL 4 mart 2019-cu il tarixində Milli Məclisə imzalarla birgə Konstitusiyanın 96-cı maddəsinə uyğun olaraq təqdim edib.

“Belə bir qaydada təqdim edilən layihələr parlament tərəfindən iki ay ərzində ya qəbul, ya da rədd edilməlidir. Milli Məclis, həmin 96-cı maddəyə uyğun olaraq, qanun layihəsinin müəllifləri ilə dialoqa da başlaya bilər”.

Müraciətddə deyilir ki, Avropa Şurası Azərbaycan hakimiyyəti ilə dərhal dialoqa girsə, ölkənin üzvlük öhdəliyini yerinə yetirməsi üçün açılan bu fürsət 18 illik fəaliyyətsizlikdən sonra qaçırılmaz və dekabr ayındakı bələdiyyə seçkilərində Bakı sakinləri özlərinə ilk dəfə mer seçə bilərlər.