192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
““Sputnik Azərbaycan” bağlanılmalıdır" - Deputatdan çağırış
2019-03-07 15:51:33

Milli Məclisin deputatı, professor Fəzail İbrahimli Rusiyanın “Sputnik” informasiya agentliyinin Azərbaycan bürosunun şef redaktoru Mətin Yaşaroğlunun milli mövqeyinə görə işdən çıxarılmasına münasibət bildirib.

Deputat Demokrat.az-a açıqlamasında deyib ki, Azərbaycanda bu cür anti-milli mövqeyli xarici KİV-in fəaliyyət göstərməsi yolverilməzdir.

F.İbrahimli qeyd edib ki, son işdən çıxarılan jurnalistlərlə bağlı məsələ “Sputnik Azərbaycan” agentliyinin Azərbaycan dövlətinə və xalqına qarşı anti-mövqedə dayandığının sübutudur:

“Bu agentliyin fəaliyyəti, ona rəhbərlik edən şəxslər ciddi araşdırılmalıdır. Həmçinin, bu agentliyi himayə edən şəxslər barəsində də araşdırmalar aparılmalıdır, ciddi ölçü götürülməlidir”.