192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Aşot Ğulyan Avropa Parlamentinin deputatlarıyla Aİ proqramlarında Artsaxın iştirakının imkanlarını müzakirə edib
2019-03-07 13:01:50

Artsax Parlamentinin  sədri Aşot Ğulyan  Brüsseldə  Avropa İttifaqının bir sıra  deputatlarıyla görüşüb. Bu barədə Parlamentin  informasiya  xidmətindən bildirilib.

Görüşün  iştirakçılarıyla  “Avropa Parlamenti-Ermənistan”  dostluq qrupunun rəhbəri Elen  Teoxarus qeyd edib ki,   görüş Artsax barədə müxtəlif məsələlərinə dair  fikir mübadiləsi aparmaq üçün  geniş imkanlar verir.

Aşot Ğulyan  Avropa Parlamentinin və Belçikanın federal və regional  Parlamentləriylə  əməkdaşlığın uğurlu cəhdinə toxunub və  Avropa Parlamentinin gələcək  seçkilərindən sonra  bunu saxlamaq və  irəli aparmaq  imkanını qeyd edib.

Görüş zamanı  Artsax xalqının öz müqəddəratını  təyin etmək hüququ tanınması, Azərbaycan-Qarabağ  münaqişəsinin sülh yoluyla nizamlanması,  müxtəlif AB layihələrinə, o cümlədən vətəndaş cəmiyyətinin inkişafı layihələrinə Artsaxın cəlb olunması barədə fikir mübadiləsi aparılıb.