192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Ermənistan hökuməti ER-Aİ razılaşmasını həyata keçirmək üçün qətiyyətlidir: Euronews-ə Paşinyanın müsahibəsi
2019-03-07 13:10:46

Ermənistanın xarici siyasətinin ən vacib məqsədi ölkənin müstəqilliyinin, suverenliyin və təhlükəsizliyin qorunmasıdır. Bu barədə Brüsseldə Euronews-un hurnalistiylə söhbət zamanı Ermənistan respublikasının Baş naziri Nikol Paşinyan deyib.

Avropa İttifaqıyla əməkdaşlıq barədə danışarkən  baş nazir xatırlatdı ki, Ermənistan Aİ ilə  hərtərəfli və geniş tərəfdaşlıq  sazişinə malikdir. “Bizim hökumətimiz  razılaşmanı həyata keçirmək üçün qətiyyətlidir.  Bu həqiqətən müstəqil məhkəmə sistemi,  korrupsiyaya qarşı mübarizə  və korrupsiyanın qarşısının alınması üçün institusional mexanizmlərə malik olmasını deməkdir”- deyə Paşinyan  qeyd edib.

O, vurğulayıb ki, Ermənistan enerji sahəsində  çoxtərəfli , o cümlədən  Gürcüstan, Rusiya və Aİ ilə əməkdaşlığın imkanlarını müzakirə edib.

İqtisadi islahatlara toxunarkən,  baş nazir deyib: “Demokratiya sistemi üçün  hər hansı, o cümldəən  həm iqtisadi, həm siyasi proseslərdə  daha və daha çox insanların cəlb olumması çox vacibdir”.