192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
AİHM İlkin Rüstəmzadənin Azərbaycana qarşı şikayətini təmin edib
2019-03-07 16:19:00

Bu gün Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) NİDA Gənclər Hərəkatının fəalı, həbsdə olan İlkin Rüstəmzadənin şikayətilə bağlı qərarı elan edib.

Şikayət onun 2013-cü ildə İnternetdə yayımladığı videorəqsə görə həbsi və məhkəməyəqədər saxlanma ilə bağlıdır.

2013-cü ildə vətəndaş cəmiyyətinin fəalı İ.Rüstəmzadə orduda əsgər ölümünə görə hakimiyyəti tənqid edən nümayişlərdə iştirak edib.

2013-cü il martın 1-də bir qrup gənc "Harlem Şeyk" rəqsini ifa edərək videoya çəkib. Sonradan video YouTube kanalına yüklənib. Videoda görünür ki, yeddi nəfər rəqs edir, onlardan biri "bürünc heykəlin yanında seksual hərəkətlər edir".

İ.Rüstəmzadə 2013-cü ilin mayında xuliqanlıq, "ictimaiyyətə hörmətsizlik", "ictimai asayişin pozulması" ittihamları ilə həbs olunub.

Prokurorluq istintaq müddətində onu həbsə alıb və bunu "Rüstəmzadənin qaçmaq və təkrar cinayət törətmək təhlükəsinin olması" ilə izah edib var.

Dəfələrlə apellyasiya verilməsinə baxmayaraq, məhkəmələr onun həbsdə qalma müddətini uzadıblar. 2014-cü ilin mayında o, NİDA Hərəkatının digər üzvləri ilə 8 il azadlıqdan məhrum edilib. Onlar iğtişaşların təşkilində ittiham olunublar.

İ.Rüstəmzadə 5-ci maddəyə əsaslanaraq cinayət törətməkdə şübhəli bilinməsinə əsas olmadan həbs edilməsindən şikayətlənib.

AİHM onun 5.1-ci maddə (azadlıq və təhlükəsizlik hüququ) ilə hüquqlarının pozulduğunu tanıyıb və ona 20 min avro məbləğində kompensasiya və 2,5 min avro məbləğində məhkəmə xərclərinin ödənilməsini qərara alıb.

İ.Rüstəmzadə Amnesty İnternational beynəlxalq hüquq- müdafiə təşkilatı tərəfindən "vicdan məhbusu" kimi tanınıb.