192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Almaniyada yaşayan fəalın atasını Bakıda polisə çağırıblar
2019-03-07 17:58:25

Almaniyada fəaliyyət göstərən Demokratik Azərbaycanı Seç (DAS) təşkilatının üzvü Valeh Nəsibovun atası Nizami Nəsibov martın 4-də Nizami Rayon Polis İdarəsinə, qaynı və qaynatası isə Sabunçu rayon polis bölməsinə aparılıb.

Bu barədə Meydan TV-yə Nizami Nəsibov özü danışıb.

O bildirib ki, oğluna görə, ciddi təzyiq altındadır və onu rahat buraxmırlar:

“Dedilər ki, oğlun Valeh Nəsibov sosial şəbəkədə hökumətin əleyhinə yazdıqlarını silsin və xaricdə mitinqlər təşkil etməsin. Mən də cavab verdim ki, oğlumun hərəkətlərinə cavabdeh deyiləm. Özümün də təzyiqim var, çox əsəbləşdirsəniz beynimə qan sızacaq. Onlara dedim ki, oğlum ali təhsilliydi, iş tapmırdı, heç yerdə qəbul etmirdilər, nə etməliydi, mənimlə 1 otaqlı mənzildə ailəsi ilə yaşamalıydı?!”