192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Meydan TV: "Son 1 il: Azərbaycan qadını haradadır?"
2019-03-09 14:57:15
Meydan TV yazır ki, erkən nikah, məcburi evlilik, döyülmə, söyülmə, təhqir edilmə, zorakılıq, gender bərabərsizliyi – bunlar Azərbaycan qadınının problemlərindən bir qismidir. Statistika və rəsmi qurumların hesabatları son illər ölkədə qadınlara qarşı vəziyyətin yaxşılaşdığını söyləyir. Bəs reallıq nə deyir?

Erkən evlilik, erkən fəsadla

Azərbaycanda son 10 il ərzində 18 yaşı tamam olmadan ərə verilmiş təxminən 28 000 qız var.
 
Rəsmi statistikaya görə, 2007-2017-ci illərdə Azərbaycanda 28 000 qız nikah yaşına çatmadan evləndirilib. Lakin real vəziyyətin rəsmi rəqəmlərdən daha fərqli olduğu düşünülür, çünki əksər erkən evliliklər hər hansı şəkildə qeydiyyata düşmür.

“Erkən nikah, erkən hamiləlik, erkən doğuş həqiqətən təhlükəlidir. Erkən yaşda dünyaya uşaq gətirmək həm ananın, həm də uşağın səhhətində problemlərin yaranmasına səbəb olur. Çox vaxt ana və ya uşaq ölümü ilə nəticələnir. Üstəlik, gənc qadınlar ana olmanın məsuliyyətini dərk etmədiklərindən həmin uşağın gələcəyi üçün də problem yaranır”, Şəhla İsmayıl, Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətinin sədri bu fikirdədir.

Erkən nikahların sayının çox olmasına gəlincə, Şəhla İsmayıl hesab edir ki, burda yoxsulluq və təhsilsizlik böyük rol oynayır.

Zorakılığa məruz qalan qadınlar

Daxili İşlər Nazirliyinin məlumatına görə, 2018-ci ilin təkcə 9 ayı ərzində məişət zorakılığı zəminində baş verən 678 cinayət faktı qeydə alınıb. Onlardan 35-i özünü öldürmə həddinə çatdırma ilə bağlıdır. Məişət zəminində baş verən cinayətlər nəticəsində 112 qadın özünü öldürüb. Onlardan 11 nəfəri azyaşlı qızlardır.

Bundan əlavə, 2010-2016 -cı illərdə 765 qadın qətlə yetirilib. Bu, yalnız əldə edilə bilən rəqəmlərdir.

Rəsmi statistikaya görə, 2010-cu ildə 89, 2011-ci ildə 59, 2012-ci ildə 114, 2013-cü ildə 93, 2014-cü ildə 94, 2015-ci ildə 66, 2016-cı ildə isə 121 qadın intihar edib.

Azərbaycanın vəzifəli qadınları

Azərbaycanda aparıcı vəzifələrdə çalışan qadınların sayı azdır. Ölkənin birinci Vitse-prezidenti Mehriban Əliyevadır. Qadın nazir yoxdur. Bir neçə xanım nazir müavini və müşaviri vəzifəsində çalışır.

Ombudsman Aparatının rəhbəri Elmira Süleymanova, Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbəri Hicran Hüseynova, Dövlət İmtahan Mərkəzinin (DİM) rəhbəri Məleykə Abbaszadədir. Bir də Abşeron rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədovadır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 1990-cı ildə Milli Məclisdə qadın deputatlar ümumi sayın 4,3 faizini, 2000-ci ildə 10,7 faizini təşkil edirdisə, bu gün ölkə qadın deputatların xüsusi çəkisi 16,8 faizə çatıb.

İlk bələdiyyə seçkilərinə nisbətən son bələdiyyə seçkilərində bələdiyyə üzvü seçilmiş qadınların sayı 6 dəfə artaraq 5236 nəfərə çatıb və bələdiyyə üzvləri arasında onların xüsusi çəkisi 35 faiz olub. Bu göstərici ilk bələdiyyə seçkilərində 4,0 faiz təşkil edib.

Bu ilin yanvar ayının əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,1 faizini və ya 4 milyon 999,1 min nəfərini qadınlar təşkil edib. Ötən il doğulan 139 min körpənin 46,6 faizi qız uşaqları olub.