192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
RATİ jurnalistlərə qarşı polis zorakılığını qınayıb
2019-03-11 12:19:44

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu martın 8-də jurnalistlərə, habelə etiraz aksiyasının qadın iştirakçılara qarşı polis zorakılığını pisləyib.

RATİ KİV nümayəndələrinə və dinc aksiyanın iştirakçılarına qarşı kobud güc tətbiq etmiş hüquq-mühafizə orqanlarının əməkdaşlarını və təxribatçıları cəzalandırmağa çağırıb.

Bir qrup feminist qadın tərəfindən təşkil edilmiş, Beynəlxalq Qadınlar Gününə həsr olunmuş aksiya zamanı polis və bir qrup təxribatçı plakatları cırıb, qadınları təhqir edib və döyüb.

Bu aksiyanı işıqlandıran jurnalistlərə qarşı da zor tətbiq edilib. Nəticədə 8 qadın jurnalist bədən xəsarətləri alıb, bəzilərinin aksiyanı işıqlandırmaq üçün istifadə etdiyi texnika sındırılıb.

RATİ ölkədə toplaşmaq, ifadə azadlığını təmin etməyi, jurnalistlərin təhlükəsiz və maneəsiz işinə zəmanət verməyi və riayət etməyi tələb edib.