192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Azərbaycan-İran sərhədində silahlı insident
2019-03-11 14:33:31

2019-cu ilin 10 mart tarixində saat 06:50 radələrində Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin Fizuli rayonunun Bala Bəhmənli kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədinin pozulmasına cəhd edilmişdir.

2019-cu ilin martın 10-da sərhəd naryadı tərəfindən İrandan Azərbaycan istiqamətində silahlı şəxslərin hərəkəti aşkar olunmuş və qarşısı alınmışdır. Bu barədə Azərbaycan Sərhəd Xidmətinin yaydığı məlumatda deyilir.

Məlumata görə, hadisə səhər saat 06:50 radələrində DSX-nın Horadiz" sərhəd dəstəsinin Fizuli rayonunun Bala Bəhmənli kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində baş verib.

Azərbaycan dövlət sərhədinin mühafizəsində olan sərhəd naryadının qanuni tələbiə və xəbərdarlıq atəşinə tabe olmayan sərhəd pozucuları sərhəd naryadına qarşı silah tətbiq edib: "Baş vermiş atışma zamanı sərhəd naryadının başçısı kiçik çavuş Səxavət Məmmədov sinəsindən, sərhəd naryadının üzvü əsgər Vidadi Cəbrayılov əlindən güllə yarası alıb. Hər iki sərhədçi dərhal hərbi hospitala təxliyə olunsa da, kiçik çavuş S.Məmmədovun həyatını xilas etmək mümkün olmamışdır".

Məlumata görə, dövlət sərhədini pozmağa müvəffəq ola bilməyən sərhəd pozucuları geri qaçmışlar.

Dövlət Sərhəd Xidmətinin rəisi ElçinQuliyevinəmrilə kiçik çavuş Səxavət Məmmədov (ölümündən sonra) və əsgər Vidadi Cəbrayılov xidməti vəzifələrinin icrasında göstərdikləri şücaətə görə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif olunmuşlar.

Hadisə ilə əlaqədar Hərbi Prokurorluqla birlikdə zəruri tədbirlər həyata keçirilir, fakt üzrə cinayət işi başlanılıb.