192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
"Bölgələr quldarlığa doğru gedir"
2019-03-11 13:29:37

"Azadlıqinfo.az"da  "Bölgələr quldarlığa doğru gedir" sərlövhəli məqalə oxumaq olar.

Müəllif iddia edir ki, bölgələrdə vəziyyət heç də rəsmi təbliğatın təsvir etdiyi kimi deyil, belə ki, rayonlarda əhalinin vəziyyəti acınacaqlıdır, əksəriyyət işsizdir, yoxsulluq həddi az qala 80 faizə yaxındır, insanlar ümidsizdir, düşdükləri durumdan çıxış yolu görmürlər.

Müəllifin sözlərinə görə, vəziyyətin bu həddə qədər pisləşməsinin bir neçə səbəbi var: "Birincisi, Rusiyadan gələn vəsaitlər kəskin azalıb. İkincisi, kənd təsərrüfatı sıradan çıxıb, rentabelli mənbəyə çevrilə bilməyib. Üçüncüsü, dövlət investisiyalarıbölgələrə gəlib çatmır, mənimsənilir".

Məqalə müəllifi bildirir ki, kənd təsərrüfatındakı acınacaqlı durum həllini gözləyən ən vacib problemdir, çünki kəndli məhsul əkib-becərmək imkanlarını itirir, torpaq sahələri getdikcə iri mülkədarların əlinə keçir.

Müəllif iddia edir ki, inkişaf etmiş ölkələrdə aqrar sektor birmənalı dövlət dəstəyinə arxalanırsa, Azərbaycanda bu, tərsinədir, dövlət qurumu fermeri, kəndlini deyil, iri mülkədarların maraqlarını müdafiə edir: "Kəndli torpağı əkinə hazılaya bilmir, çünki subsidiya hesabına veriləsi mineral gübrələr onlara verilmir, bir əldən gizli yolla satışa çıxarılır. Dövlətin hektar hesabı, özü də məhsul ilinin sonunda verdiyi cuzi vəsait fermərə zərrə qədər də kömək etmir. Normal toxum sortları ölkəyə gətirilmir, gələn toxumlar isə mülkədarların əkin sahələrinə yönəldilir".

Müəllif iddia edir ki, problemlər bununla bitmir, imkansızlıq, qiymət bahalığı üzündən kəndli, fermer "Aqrolizinq"in texnikasından istifadə edə bilmir, bu texnika da aqrar sektorda hegemon olan aqroparkların və iri məmurlara bağlı fermer təsərrüfatlarının sərəncamındadır.

Müəllifə görə, daha bir problem satış bazarlarının olmamasıdır, kəndli də məcbur qalıb hazır məhsulu öz qapsında dəyər-dəyməzə alverçilərə verir, onlar isə Bakıdakı bazarlara çıxarıb daha çox qazanırlar.

Yazı müəllifi mövsüm zamanı yerli malların bazarlarda xarici mallardan qorunmamasını, xaricdən idxalla məşğul olan məmur şirkətlərinin bazarı ucuz məhsullarla doldurmasını kəndlinin "belini qırması" kimi dəyərləndirir.

Müəllif iddia edir ki, indi kənd sakinləri aqroparklarda, istixanalarda qul əməyi ilə məşğuldurlar, pambıqçılığın inkişaf strategiyası da bu qul əməyini bir tərəfdən stimullaşdırır, hökumət isə kəndlinin əkib-becərib qazanmasında yox, gündəlik cüzi gəlirlə yaşamasında maraqlıdır.

Məqalənin sonunda isə müəllif yazır: "Bu yanlış siyasət bölglərdə quldarlıq rejimi yaradıb, insanlar səfalətə, məhrumiyyətlərə məcbur edilir. Belə görünür ki, Kənd Təsərrüfatı Nazirliyinin "asan könüllüləri" ilə bu vəziyyət nəinki düzələcək, əksinə, daha da bərbad hala gələcək".