192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Bakıda nəqliyyatın intellektual idarəetmə sistemi yoxdur, amma bu sistemin saxlanması üçün vəsait ayrılır - ekspert
2019-03-11 17:58:00

Son iki il ərzində Bakı Nəqliyyat Agentliyinə (BNA) nəqliyyatın intellektual idarəetmə sisteminin saxlanması üçün 28 milyon manat ayrılıb. Amma 2016-cı ilədək Nəqliyyat Nazirliyinə tabe olan dövrdə fiaskoya məruz qalan bu sistemin fəaliyyəti hələ də bərpa olunmayıb. Bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.

Onun sözlərinə görə, BNA dövlətdən sistemin bərpası, o cümlədən monitor və serverlərə texniki xidmət, videorabitə işləri, nəqliyyat planlaması və trafik təhlili proqram təminatları üçün təxminən 28 mln manat vəsait alıb.