192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
AŞPA-da korrupsiyaya qarşı mübarizəyə dair qətnamə layihəsi təqdim edilib
2019-03-11 17:21:00

Niderlanddan olan deputat Mart van de Ven AŞPA Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinə "Landromat: korrupsiyaya və pulların yuyulmasına qarşı mübarizə ilə bağlı beynəlxalq çağırışlara cavab verərkən" adlı hesabatın layihəsini təqdim edib.

Sənəddə Avropa Şurası üzvlərinin korrupsiya sxemlərində iştirakı, təşkilat üzvü olan ayrı-ayrı ölkələr tərəfindən deputatların ələ alınması faktlarından danışılır.

Əsasən "Azərbaycan landromatı" adlı əvvəlki sənəd xatırladılır. Sənədə görə, rəsmi Bakı öz imicinin yaxşılaşdırılması, Azərbaycanda insan hüquq və azadlıqlarının pozulmasını tənqid edən sənədlərin qarşısının alınması üçün 3 mlrd. avro ödəyib.

Məruzəçi Azərbaycandan qanunsuz maliyyələşmənin hansı yollarla həyata keçirildiyini, bunda kimlərin iştirak etdiyini və hansı səbəblərdən mümkün olduğunu ətraflı təsvir edir.

Sənəddə qeyd olunub ki, Avropa Şurası həmin korrupsiya sövdələşməsinin iştirakçıları - pulları italiyalı deputat, digər deputatların ələ alınmasında əsas rol oynayan Luka Volonteyə göndərən azərbaycanlı deputatlar Elxan Süleymanov və Müslüm Məmmədova qarşı konkret tədbirlər qəbul etməyib.

Sənəddə gələcəkdə belə hallara yol verilməməsi üçün zəruri addımların atılmasının, bu qalmaqalın iştirakçılarının cəzalandırılmasının vacibliyindən və Avropa Şurasında bu cür metodların tətbiqinə yol verən üzv ölkələrin məsuliyyətindən danışılır.

Hesabat martın 4-də Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin iclasında qəbul edilib.

Gözlənildiyi kimi, sənəd apreldə Strasburqda AŞPA-nın yaz sessiyasının müzakirəsinə çıxarılacaq.