192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
C.Apatura: “DQ münaqişəsinin uğurla hörülən hərbi həlli ola bilməz”
2019-03-12 10:49:19

Dağlıq Qarabağ münaqişəsinin uğurla hörülən hərbi həlli ola bilməz.Bu haqda Yerevanda jurnalistlərlə görüşərkən NATO-nun Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya məsələləri üzrə xüsusi nümayəndə Ceyms Apatura bəyan edib. “Bildiyiniz kimi NATO oxşar tərzli münaqişələrin həllində iştirak və müdaxilə etmir.Lakin, təkzibolunmazdır ki, bu regionda əlbətdə sülh və təhlükəsizlik məsələsi bir başa NATO-nu maraqlandırır  belə ki, bu həm həmkarlar və həm də  müttəfiqlər üçün olduqca vacibdir”-deyə Ceyms Apatura qeyd edib. O, qeyd edib ki, NATO bu istiqamətdə yeni Ermənistan hökumətinin səylərindən ilhamlanır.”Bizi Ermənistanın yeni hökumətinin yeni səyləri və siyasi prosessdə olan əməyi və danışıqlar gedişatına istiqamətlənməsi daha da ruhlandırır. Bizi həmçinin, təmas xəttində qarşılıqlı atışmanın cüziləşmə dərəcəsi,  xüsusən , o mexanizmlər hansılar ki, məqsədli olmayan eskalasiyanın qarşısını almaq niyyətiylə sərf olunub”-deyərək Ceyms Apatura bəyan edib.“NATO-nun qiymətləndirməsi ondan ibarətdir ki, bu münaqişənin düyünü yalnız və yalnız sülh yolu ilə açıla bilər. Bu münaqişənin  müvəffəqiyyətli bir hərbi həlli ola bilməz və bu, bizim etdiyimiz   mesajdır və şəxsən mən bütün tərəflərə bu haqda bildirmişəm”.