192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Rusiya təyyarəsində bomba aşkar edilməyib
2019-03-12 12:22:35

“Rusiyanın “Ural Airlines” aviaşirkətinə məxsus “Aerobus 321” tipli təyyarədə partlayıcı maddə və qurğuların olmadığı müəyyənləşdirilib, hadisənin səbəbi ilə bağlı əldə edilməsi təxirəsalınmaz olan məlumatlar toplanılaraq rəsmiləşdirilib.” Bu barədə Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti (DTX) məlunat yayıb.

Məlumatda deyilir ki, hazırda Heydər Əliyev Beynəlxalq Hava Limanı ştat rejimində fəaliyyətini davam etdirir.

DTX bildirir ki, təyyarənin ən qısa zamanda təyinat nöqtəsi üzrə uçuşu təmin ediləcək.

Martın 11-də Azərbaycanın hava məkanından keçməklə “Bəhreyn-Moskva” marşrutu üzrə uçuş edən Rusiyanın “Ural Airlines” aviaşirkətinə məxsus “Aerobus 321” tipli təyyarə Bakı Beynəlxalq Hava Limanına məcburi eniş edib.

Buna 222 sərnişinin və ekipaj üzvünün olduğu hava gəmisinin salonunda partlayıcı vasitə olmasına dair yazının aşkar edilməsi səbəb olub.