Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Arman Tatoyan Azərbaycanda azadlıqdan məhrum olunmuş K.Ğazaryanın hüquqlarının müdafiəsi məsələsini qaldırıb
2019-03-12 13:10:58

Ermənistan Respublikasının İnsan hüquqları müdafiəçisi Arman Tatoyan Cenevrədə Avropanın Beynəlxalq Qırmızı Xaç Komitəsi və Mərkəzi Asiyanın region üzrə rəhbəri Patrik Viyal ilə görüşüb. Onunla digər məsələlər sırasında Azərbaycanda azadlıqdan məhrum olunmuş Karen Ğazaryanın hüquqlarının müdafiəsi məsələlərini müzakirə edib. ER İnsan haqları iş heyətindən verilən məlumata görə, Cenevrə görüşünün davamı olaraq bu məsələləri müdafiəçi həmçinin Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ermənistandakı nümayəndəlik rəhbəri Kler Meytroyla müzakirə edib. Arman Tatoyan Cenevrədə Patrik Viyal ilə görüşündə Karen Ğazaryanın valideynləri və vəkilinin onun səhhətiylə, həm də, xüsusi qayğı və müalicə almaqla əlaqədar narahatlığını bildirib. Valideynlərindən və vəkillərdən ailə üzvləri ilə səs və ya video görüntülərii vasitəsiylə ünsiyyət yaradılması xahişi edilib.Çünki hazırda Karen Ğazaryan ilə valideynləri arasında ünsiyyət yalnız məktublaşma vasitəsilə qurulur. O da valideynlərinə öz övladıyla bir başa ünsiyyət qurmağa imkan vermir.Görüş ərzində müdafiəçi eləcə də başlıca məsələni qaldırıb ki, o da Karen Ğazaryanın qayıtmasına aiddir, hesaba almaqla təbii ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi necə müstəqil və bitərəf beynəlxalq təşkilat kimi oxşar tipli məsələlərlə danışıqlar aparmır və yalnız mühüm olan yardım göstərir və onun təşkili işlərini həyata keçirir.Görüşün sonunda tərəflər bu və digər məsələlərlə də əlaqədar işləri davam etdirmək üçün şərtləşmə əldə edib.