192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Deputat: “Bakıda ekoloji durum çox ağır vəziyyətdədir”
2019-03-12 17:57:00

"Bakıda  ekoloji durum çox ağır vəziyyətdədir. Mən qabaqlar küləyi, Bakı küləyini xoşlamırdım, indi Allaha yalvarıram ki, külək əssin. Yoxsa, "qara hava"dan, iydən, qoxdan durmaq mümkün deyil, mümkün olmaz. Mən "Ağ şəhər" deyilən ərazinin yaxınlığında yaşayıram. Amma oraya qara nə varsa, hamısı axıb gəlir. İndi Allahıma şükür edirəm ki, nə yaxşı Bakı küləyi var, yoxsa, yaşamaq, hava almaq dözülməz olardı".

Bunu Azərbaycan  millət vəkili Elmira Axundova parlamentin Əmək və soaial siyasət komitəsinin martın 12-də keçirilən iclasında deyib. Millət vəkili həmçinin  şadlıq evlərini sərt tənqid edib: "Axı, bu haqda nə qədər demək, yazmaq olar? Hər gün mətbuat yazır, deyir, amma şadlıq evləri "qara işləri"ndən qalmırlar, "qara hava"larını, tüstülərini buraxırlar, ekologiyanı çirkləndirirlər, insanları zəhərləyirlər. Hesab edirəm ki, artıq onlarla bağlı daha sərt tədbirlər görülməlidir. Yaxud, Dənizkənarı Parkı götürək. Orada iydən, qoxudan, mazut iyindən durmaq olmur. Bu, hər zaman belə olub, indi də belədir. Artıq həmin parkın da vəziyyətinin yaxşılaşdırılması, ekoloji tələblərə cavab verməsi üçün ciddi işlərin görülməsi lazımdır".