192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Moskvada azərbaycanlıların çalışdığı bazarda reyd keçirir
2019-03-12 16:31:00

“Rosqvardiya” və polis əməkdaşları  azərbaycanlıların çalışdığı Moskvanın ən iri ərzaq bazarlarından olan “Fud Siti”də reyd keçirir.

Bu barədə TASS hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən informasiya yayıb.

Mənbənin dediyinə görə, martın 12-də Kaluj şosesinin 22-ci kilometrliyində yerləşən bazara “Rosqvardiya” əməkdaşları səfərbər olunub. Onlar girişləri bağlayaraq, bazar ərazisinə heç kəsi buraxmır. Polis əməkdaşları isə axtarışlar həyata keçirir, bazarda işləyənləri sorğu-sual edir.

Xatırladaq ki, analoji tədbir martın 11-də azərbaycanlı Qodu Nisanov və Zarah İliyevə məxsus “Sadovod” paytaxt bazarında, həmçinin, “Moskva” ticarət mərkəzində də həyata keçirilmişdi.

Reydin gedişində bir neçə nəfər saxlanılıb.