192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
"Azərbaycan beynəlxalq aləmdən təcrid olunur"
2018-11-14 14:38:58

Norveç hökuməti Azərbaycanda səfirliyinin bağlanması haqqında qərar verərək, ictimaiyyət arasında sual yarada biləcək addım atdı. Siyasi xadimlər hadisələri Azərbaycanın imicinə zərbə kimi qiymətləndirirlər

Norveçin bir zamanlar Azərbaycanda səfiri olan Stenar Gili zaman-zaman Azərbaycan rəsmiləri, hakimiyyətyönümlü şəxslər tərəfindən insan hüquqlarının müdafiəsi baxımından atdığı addımlara görə tənqid edilib.

Müsavat Partiyasının başqanı Arif Hacılı Norveçin Bakıda səfirliyini bağlamasını Azərbaycan üçün çox ciddi hadisə adlandırıb:

“Baş verənlər Azərbaycanın beynəlxalq aləmdən təcrid olunması prosesini göstərir. Bu məsələlərdə Bakının mövqeyi, Xarici İşlər Nazirliyinin açıqlamaları və ardınca Skandinaviya ölkələrindən səfirin geri çağrılması hakimiyyətin Azərbaycanın taleyi haqda düşünmədiyini bir daha təsdiqləyir”.

Onun fikrincə, hakimiyyət bu məsələlərdən nəticə çıxartmaq əvəzinə hikkə və təkəbbür nümayiş etdirir.

Milli Şurasnın sədri, professor Cəmil Həsənli məsələ ilə bağlı şərhində ilkin olaraq Norveçin demokratik ölkələrindən biri olduğunu qeyd edib:

“Bu ölkə Azərbaycanda demokratik təsisatlara son illərin münasibətini görürdü. Mənzərə belədir ki, Azərbaycanı korrupsiya bürüyür, repressiv idarəetmə hökm sürür, ailə-klan hakimiyyətinin qurulması istiqamətində hüquqi baza yaradılır. Ona görə də rəsmi Oslo bu ölkədə işləməyin elə mənasını görmədi. Məncə səfirlik qalmaqallarının Azərbaycan üçün kifayət qədər neqativ nəticələri olacaq. Azərbaycanın gözdən düşməsinin, etimadsız bir ölkəyə çevrilməsinə doğru bir proses başlanır və bunlar da onun nəticəsidir”.

Avropada siyasi mühacir həyatı yaşayan politoloq Rauf Mirqədirov iki ölkə arasında ciddi bir hadisənin baş vermədiyini düşünür.

“Söhbət demokratiya, insan haqları, təhlükəsizlik və başqa məsələlərdən gedir. Hazırda Norveçin Azərbaycanda iqtisadi maraqları yoxdur, neft müqaviləsindən çıxıb. Son dövrlərdə isə Norveç azadlıqların, insan haqlarının inkişafı layihələrində iştirak etdi. Əlbəttə, bu hadisələr Azərbaycanın nüfuzuna ciddi zərbədir. Norveç əslində deyir ki, siz artıq bizim üçün maraqlı deyilsiniz”.