192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Artsaxda Sərsəng və Mardakerti bağlayan yeni kanal inşa olunacaq,100 milyon ABŞ dolları sərmayə ediləcək
2018-11-14 11:55:01

Yaxın gələcəkdə Sərsəng kanalının tikintisinə başlanacaq. Tikinti işləri bir neçə il davam edəcək və bitişik ərazilərdən keçərək Mardakertin regional mərkəzinə  daşınmasına imkan verəcək ki, nəticədə yeni 3 su anbarı yaradılacaq və  10 min hektardan çox torpaq sahəsi suvarılacaq.  Bu  haqda öz  Feysbuk səhifəsində  Artsax Respublikası Prezidentinin müşaviri Arayik Harutunyan bəyan edib.”Avropa  ölkələrinə etdiyim son səfərimdə bəzi proqramlar barədə məlumatlandırmaqla  demişdim ki,  yaxşı  yenilikləri gözləmək lazımdır. Qeyd edim ki, səfərim  zamanı və sonra intensiv müzakirələrdən sonra biz 100 milyon ABŞ dolları dəyərində olan investisiya layihələrinin icrası ilə bağlı danışıqları uğurla başa vurduq.  Proqram hansını ki, uzun gözləmişdik və hansı ki, Artsaxın mənim fikrimcə, ən böyük iqtisadi layihələrdən biri olacaq, demək olar ki, regionda kənd təsərrüfatının inkişafını təmin edən bir proqramdır”-deyərək Arayik Harutunyan qeyd edib. Harutyunyanın sözlərinə görə, sərmayəçilər həmçinin yeni elektrik stansiyalarının tikintisi ilə razılaşıblar ki, bu da elektrik enerjisi istehsalını və  ixracını artıracaqdır. Erməni mənşəli olmayan investisiya şirkətinin səhmdarları da bağçılıq inkişafında mühüm rol oynayacaqlar.