192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Prokuror jurnalistin şərti olaraq azadlıqdan məhrum edilməsini istəyir
2019-03-13 11:29:15

Martın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində Eldar Mikayılovun sədrliyilə criminal.az saytının redaktoru Anar Məmmədovun işi üzrə iclas keçirilib.

Xatırladaq ki, 2018-ci il iyulun 9-da Baş Prokurorluq Gəncənin icra başçısı Elmar Vəliyevə sui-qəsd və Mingəçevirdə elektrik enerjisinin kəsilməsi nəticəsində bütün ölkənin işıqsız qalması ilə bağlı İnternetdə yayılan "yalan məlumatlar" və "qanunsuz çağırışlar"a dair cinayət işinin qaldırıldığını bildirmişdi. Bundan sonra prokurorluq "bastainfo.com", "criminalaz.com", "topxeber.az" və "fia.az" saytlarının bağlanması barədə Rabitə Nazirliyinə müraciət etmişdi.

A.Məmmədova qarşı CM-in 281.2 (dövlət əleyhinə yönələn çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Bugünkü iclasda vəkil Elçin Sadıqov criminal.az saytında dərc olunmuş yazıya rəy verən ekspertin politologiya üzrə təhsilinin olub-olmamasını öyrənmək barədə vəsatət qaldırıb.

Vəkil A.Məmmədovun BDU-nun verdiyi "beynəlxalq jurnalistika" ixtisası üzrə diplomunun olmasına dair sənədin işə daxil edilməsini xahiş edib. Çünki bundan öncə hakim müttəhimi "bloger" adlandırıb. Məhkəmə vəsatətləri təmin etməyib.

Bundan sonra prokuror yekun sözlə çıxış edib. O, məhkəmədən A.Məmmədovun 5,5 il azadlıqdan məhrum olunmasını istəyib. Eyni zamanda dövlət ittihamçısı şərti cəza barədə 70-ci maddənin tətbiq edilməsini xahiş edb.

Sonda prokuror A.Məmmədovun iki il sınaq müddəti olmaqla şərti olaraq 5,5 il azadlıqdan məhrum olunmasını təklif edib.

Növbəti iclas 15 mart saat 16,30-a təyin edilib. İclasda vəkil və jurnalist son sözlə çıxış edəcəklər.

A.Məmmədov Turan agentliyinə prokurorun çıxışından razı qalmadığını və bəraət hökmünə nail olmaq niyyətində olduğunu bildirib.