192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Azərbaycanda daim vəziyyətin pisləşdiyini görürdüm
2018-11-14 15:26:36

Turan agentliyi 7 il öncə Steynar Gildən aldığı bu müsahibəni son hadisələr və rəsmi Bakının onun ünvanına tənqidlərilə bağlı yenidən dərc etməyi lazım bildi.

Norveçin Azərbaycandakı keçmiş səfiri Steynar Gil bəlkə də nə zamansa Azərbaycanda çalışmış nüfuzlu, hörmətli diplomatlardan biridir. Onu demək yetər ki, nə XİN rəhbəri, nə də dövlət başçısı onunla vidalaşdı, bu da hakimiyyətin pis münasibətinin təzahürü idi.

“2006-cı ildə Azərbaycandan getdikdən sonra oradakı dostlarımla əlaqələrimi kəsmədim və 4 ildə Litvada səfir işlədiyim müddətdə Azərbaycanın və onun vətəndaşlarının taleyinə laqeyd qalmadım, çünki daim vəziyyətin pisləşdiyini görürdüm.

Hər şey 2003-cü il seçkilərindən başladı, hətta bir qədər əvvəl- 2002-ci ilin dekabrından. Həyat yoldaşım mənə telefon edərək dedi ki, şəhərin mərkəzində polis adamları döyür. Mən dərhal gəldim və öz gözlərimlə gördüm ki, yerdə huşsuz vəziyyətdə uzanmış insanları dəyənəklə başlarından vururlar. Bu, bizim üçün güclü şok idi və mən bunu pislədim. 2003-cü ilin prezident seçkiləri keçiriləndə polis yenə də meydanda adamları döyərək həbs edirdi. Bir neçə nəfər mənə müraciət edərək sığınacaq xahiş etdi.

Mənə aydın idi ki, hakimiyyət onları həbs edəcək, ancaq heç olmasa hakimiyyətin başqalarına elədiklərinin onlara edilməsinə yol verməyə bilərdim.

Düşünürəm ki, mənim seçkilərin necə keçirildiyini tənqid etməyim hakimiyyəti dah çox qıcıqlandırıb. 2003-cü və 2005-ci illərdə belə olub. İnsan hüquqlarından, təhlükəsizlikdən, hətta həyatdan söhbət gedəndə laqeyd qalmaq olmaz. Mən Azərbaycan mətbuatında tez-tez çıxış edirdim və öz rəyimi bildirirdim. Bəzən sizin jurnalistlər mənim mətbuat üçün demədiklərimi də dərc edirdilər və bu, hakimiyyəti daha çox qıcıqlandırırdı.

Sizin hakimiyyət ən çox mənim rəhbərliyimə şikayət edirdi. Xoşbəxtlikdən, mənim ölkəm üçün insan hüquqları böyük önəm daşıyır və Norveç XİN-də məni dəstəkləyirdilər, ancaq etiraf edim ki, hamı yox.

Yeri gəlmişkən, Eynulla Fətullayevin də işi hakimiyyətin Avropa dəyərlərinə və öz öhdəliklərinə münasibətini nümayiş etdirir. Avropa Şurasının hansısa digər üzvünün Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına məhəl qoymamasını təsəvvür etmək çətindir.

Avtoritar və ya diktator rejimlər zahiri fərqə baxmayaraq, bir çox hallarda bir-birinə bənzəyirlər. Həmin rejimlərin gücü böyük dərəcədə xüsusi xidmətin rolundan və gücündən, ümumilikdə, təzyiq aparatından ibarətdir. Azərbaycanda bu qüvvə mühümdür. Bu alət uğurla fəaliyyət göstərir, ancaq arada nasazlıq da yaranır. Yadda saxlamaq lazımdır ki, insan hüquqları daxili problem deyil və beynəlxalq birlik onun pozulmasına göz yummayacaq, lakin vətəndaş cəmiyyətinin özü də fəal olmalıdır, siyasi mübarizə isə qurbansız olmur”.

17 may 2011-ci il