192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Reallıq.info saytının redaktoru buraxılmadı
2019-03-13 15:33:19

Martın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən reallıq.info saytının redaktoru İkram Rəhimovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

Vəkil Elçin Sadıqov dünən, martın 12-də keçirilən iclasda müdafiə etdiyi şəxs barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi və cinayət işinə xitam verilməsi ilə bağlı vəsatət qaldırmışdı. Hakim isə vəsatətin yazılı şəkildə təqdim edilməsini istəmişdi.

Bu gün, martın 13-də təqdim olunan həmin vəsatət təmin edilməyib.

Məhkəmə prosesi martın 27-nə təyin edilib.

Cinayət işində zərərçəkmiş kimi 6 şəxs tanınıb.