192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Zohrab Mnatsakanyan ATƏT-in fəaliyyətdə olan sədrinin regiona səfəri mühüm siyasi impuls hesab edir
2019-03-13 13:20:59

ATƏT-in fəaliyyətdə olan sədrinin regiona səfəri ATƏT-in Cənubi Qafqazda mövcudluğunun minimallaşdırılması halında çox vacib bir siyasi siqnaldır. Bu barədə Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak ilə birgə mətbuat konfransında deyib.

“Son üç ayda ATƏT-in fəaliyyətdə olan sədrinin regiona ilk səfəridir. Bu təşkilatın konsensus prinsipi nəticəsində ATƏT missiyalarının regionda bağlanması və Cənubi Qafqazda ATƏT-in mövcudluğunu minimallaşdırması halında  vacib siyasi impulsdur”- deyə Mnatsaknayan deyib.

Ermənistanın xarici işlər naziri qeyd edib ki, Ermənistan beynəlxalq tərəfdaşlarla qarşılıqlı faydalı əməkdaşlığa sadiqdir.

“Biz Ermənistanda demokratik islahatların təşviqi və nailiyyətlərimizin möhkəmləndirilməsi sahəsində beynəlxalq tərəfdaşlarla qarşılıqlı faydalı əməkdaşlığın saxlanmasına sadiqik. Ermənistan ATƏT-in Slovakiya  sədrliyi ilə təşkilatın gündəliyinin aktual məsələlərinə dair dialoqa təşviq etmək üçün bütün istiqamətlərdə əməkdaşlıq etməyə hazırdır”- deyə Mnatsaknayn qeyd etdi.