192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Yerevanda Erməni atom elektrik stansiyasının istismar müddətinin uzadılma layihəsinin Bİrgə koordinasiya komitesinin iclası keçirilib
2019-03-13 15:08:03

Yerevanda Erməni atom elektrik stansiyasının 2-ci enerji blokunun istismar müddətinin uzadılma layihəsinin  Bİrgə koordinasiya komitesinin sekkizinci iclası keçirilib. Bu barədə  Ermənistanın Enerji infrastruktur  və təbii sərvətlər nazirliyindən bildirilib.

İclasın iştirakçıları 2019-cu ilin fəliyyət planı və 2021-ci ilə qədər tədbirlərin planı, planlaşdırılmış-prfilaktik  bərpa işlərindən sonra Erməni atom elektrik stansiyasının 2-ci enerji blokunun istismar şəraitlərini, eləcə də Erməni nüvə elektrik stansiyasının modrnləşdirilməsi çərçivəsində Ermənistan və Rusiya arasında  əməkdaşlıq barədə Hökumətlərarası müqaviləsinin müddətinin uzadılması məsələsini müzakirə edib.

Tərəflər  həm də  istismar edilmiş atom yanacağının çıxması və  emal pilot layihəsinin hazırlanması məsələsini, eləcə də humanitar sahədə  və atom enerjisi üçün  kadrların hazırlanması məqsədilə Ermənistanın və Rusiyanın ikitərəfli əməkdaşlığını müzakirə edib.

İclasın nəticəsində tərəflər Ermənistanda atom enerjisinin  ictimaiyyətləşdirilməsi və ictimaiyyətin qəbulunun formalaşması üçün  atom enerjisi sahəsində əməkdaşlığının genişləndirilməsi barədə razılığa gəlib.