192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Siyavuş Novruzov: Hamının maaşı artırsa, deputatların maaşı niyə qalxmasın?!
2019-03-13 17:56:00

Azərbaycanın Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini Siyavuş Novruzov big.az-ın suallarını cavablandıraraq, qeyd etdi ki, ümumilikdə götürəndə, hazırda hər bir sahədə çalışanların əmək haqqı qalxır. "Hər bir sahədə maaş artırsa, deputatlarınkı niyə artırılmasın. Azərbaycanda ən çox işləyən strukturlardan biri də Milli Məclisdir. Qanun qəbul edir, beynəlxalq platformada Azərbaycanın haqqını və dövlətimizin ərazi bütövlüyünü tələb edir, digər dövlətlərin parlamentləri ilə əlaqə yaradır. Maaşlar müxtəlif olduğundan 10 faizlik artım fərqli təsir göstərir. İnsanlarımız internetdə axtarış verməklə Amerikada senatorun, müəllimin, həkimin maaşını öyrənə bilərlər. Bizdə elə həkimlər var ki, ayda 20 min manat pul qazanır. Bir o qədər də işlədiyi xəstəxanaya xeyir verir. Milli Məclisdə cəmi 125 nəfərdir. Təhsil sahəsində 500 min çalışan və 1 milyon 400 min pensiyaçımız var.

Bundan əlavə deputat mütəmadi olaraq seçiciləri ilə görüşür, köməklik edir. Xarici səfərlərə gedir. Deputat qanun qəbul edir. Bizneslə məşğul olmur. Şikayətçilərin bir çoxu bütün məsələrlə bağlı Milli Məclisin deputatlarına üz tutur. Gündə 20-25 nəfər müxtəlif məsələlərlə bağlı mənə müraciət edir. Xəstəsi olan, cinayət məsuliyyətinə cəlb olunanların ailələri, iş yerində problemlərlə üzləşən və s. deputatlara müraciət edir. Biz onları qarşılayır, köməklik edib yola salırıq. Bütün bunları da nəzərə almaq lazımdır".