192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
ER Enerji sistemi Aİİ və İranın Enerji sistemləri arasında körpüdür.”Enerji həftəsi-2018” İnvestisiya konfransı öz işinə başlayıb
2018-11-14 12:27:55

2020-21-ci illərdə  Ermənistan-İran və Ermənistan  Gürcüstan  400 kv elektrocərəyanı xətləri istismara veriləcək ki, onlar da Ermənistan  enerji sistemini tamamilə yeni səviyyəyə qaldıracaqdır. Bu barədə "Enerji həftəsi -2018" üç günlük konfransda Ermənistan Respublikasının Energetika və təbii sərvətlər naziri vəzifəsini icra edən Qaregin Bağramyan bildirib.Onun sözlərinə görə, bu proqramların həyata keçirilməsi elektrik enerjisinin tranziti, mövsümi axınlar, mübadilə, ticarət alış-verişi üçün imkan yaradacaqdır. Qaregin Baqramyan bildirib ki, Ermənistanın enerji sistemi Avrasiya İqtisadi İttifaqıyla İran İslam Respublikasının enerji sistemləri arasında bir körpüdür. Onun sözlərinə görə, həm dövlət, həm də özəl sektor tərəfindən bir çox investisiya layihələrinin həyata keçirilməsi üçün geniş imkan yaradır.  “Enerji paylanması strategiyasının hazırlanması kontekstində günəş, külək, geotermal və hidroenergetika da daxil olmaqla bərpa olunan enerji mənbələrinin inkişafına xüsusi diqqət yetirilir. Ermənistan günəş enerjisinin inkişafı üçün böyük potensiala malikdir”-deyərək  nazir vəzifəsini  icra edən bəyan edib.