192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Nikol Paşinyan Miroslav Layçakla görüşündə DQ münaqişəsinin sülh prosessinndə olan ilk addımlara toxunub
2019-03-14 10:03:01

 

Baş nazir Nikol Paşinyan ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın Xarici işlər naziri Miroslav Lajcakı qəbul etmişdir.

Ermənistan Respublikası hökumətindən verilən məlumata görə, Baş nazir Paşinyan qeyd edib ki, Ermənistan regionda təhlükəsizliyin möhkəmləndirilməsi, insan hüquqlarının qorunması və davamlı inkişafın irəliləyişinə ATƏT-in olan roluna böyük əhəmiyyət verir. O, Ermənistanın Slovakiya sədrliyinin strukturunda önəmliklərin irəliləyişinə yardım etməyə hazır olduğunu vurğulayıb. Nikol Paşinyan ATƏT ilə fəal əməkdaşlığın Ermənistan hökumətinin islahat proqramının effektiv həyata keçirilməsinə və ölkəmizdə demokratiyanın gücləndirilməsinə töhfə verəcəyinə ümidvar olduğunu bildirdi.Görüşdə tərəflər ATƏT-in gündəliyi ilə bağlı bir sıra məsələlərə toxunaraq, təşkilatın qarşısında duran çətinlikləri birgə həll etməyin lazım olduğunu bildirib. Baş nazir Paşinyan Ermənistanın ATƏT-in Minsk qrupu həmsədrləri çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına yardım etdiyini təsdiqlədi və Ermənistanın bu məsələ ilə bağlı mövqeyini və prinsipial mövqeyini təqdim etdi. Sülh prosesi çərçivələrində nəzərdə tutulan qarşıdakı atılacaq addımlara da toxundu. Tərəflər sülhün bərqərar olması, insanlarla ünsiyyət qurmaq risklərin azaldılması və hadisələrin qarşısının alınması üçün şəraitin yaradılması və etimad tədbirlərinin həyata keçirilməsinin vacibliyini vurğulamışlar.