192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
''Ukrayna səfirliyinin BDU-da təşkil etdiyi tədbir təxirə salınıb''
2018-11-14 17:02:32

Ukraynanın Azərbaycandakı səfirliyi noyabrın 15-də Bakı Dövlət Universitetində (BDU) 1932-1933-cü illərdə aclığa məhkum edilən milyonlarla ukraynalının (“Qolodomor”) xatirəsinə həsr olunmuş dəyirmi masa keçirməyi planlaşdırsa da, tədbir təxirə salınıb.

Meydan TV-nin xəbərinə görə, bu barədə məlumatı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi icmalçı Elxan Şahinoğlu “Facebook” səhifəsində paylaşıb.

Onun sözlərinə görə, tədbirə Ukraynadan məruzəçi də dəvət olunub. Ancaq dəyirmi masaya bir neçə gün qalmış Bakı Dövlət Universiteti tədbiri keçirməkdən imtina edib.

“Ukrayna səfirliyi kor-peşman şəkildə tədbiri noyabrın 15-də səfirlik binasında keçirəcək”, - Elxan Şahinoğlu yazıb.

E.Şahinoğlu universitetin mövqeyini Rusiya amili ilə bağlayıb:

“Ukraynada “Qolodomor” illərində 4 ilə 7 milyon insan arasında insan həlak olub. Bu, Stalin rejiminin repressiyasıdır. “Qolodomor” olaylarını bütün dünya bilir və qəbul edir. Bunu Stalin rejimi edib, o rejim ki, məmləkətimizin də minlərlə tanınmış insanını ölümə məhkum edib. Yəni Stalinin etdiklərinin indiki Rusiya hakimiyyəti ilə əlaqəsi yoxdur. Belə isə nədən və kimdən qorxursunuz? Bəlkə ehtiyat edirsiniz ki, Rusiyada kimlərsə Bakı Dövlət Universitetində “Qolodomor”a dair konfransın keçirilməsinə etiraz edər?”

BDU-nun mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova isə Meydan TV-yə deyib ki, universitetə səfirlikdən məktub daxil olsa da, hər hansı razılaşma olmayıb:

“Sadəcə, noyabrın 15-də universitetdə tədbirlərin keçirilməsi səbəbindən həmin dəyirmi masanın başqa vaxta keçirilməsi məsələsi gündəmdə olub. Yəni biz razılıq verib sonra tədbirdən imtina etməmişik, cədvəl səbəbindən həmin gün alınmayıb”.

P.İbrahimova növbəti günlərdə belə bir tədbirin keçirilməsinin mümkünlüyünü vurğulayıb.