192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Minlərlə insan Bakıda qeydiyyatsız və müqaviləsiz yaşayır
2019-03-14 12:42:33

"Oxu.az" saytında "Minlərlə insan Bakıda qeydiyyatsız və müqaviləsiz yaşayır - Qanun nə deyir?" sərlövhəli məqalə diqqət çəkir.

Müəllif paytaxt Bakıda sənədsiz evlər və qeydiyyatsız sakinlər problemini əmlak bazarı üzrə ekspert Ramil Qasımzadə ilə gündəmin müzakirəsinə daşıyır.

Yazı müəllifi deyir ki, Bakıda yaşayış evlərinin böyük əksəriyyəti sənədsizdir, vətəndaşlar qeydiyyatsız yaşayır, müqaviləsiz kirayə verilən evlərlə bağlı problem də illərdir ki, bitmir.

"Bölgələrdən paytaxta axın edən insanların sayı sürətlə artır. Bu da mövcud problemləri daha da dərinləşdirir. Maraqlı məqam isə odur ki, paytaxta gələnlərin çoxu Bakıda özünə ev-eşik qursa da, qeydiyyat problemi elə problem olaraq qalır", müəllif bu sahədə mövcud mənzərəni belə təsvir edir.

Müəllif deyir ki, sakinlərin Bakıda qeydiyyatsız yaşaması onlara pulsuz tibbi müayinədən keçmək, hansısa sənədi almaq və s. kimi problemlər yaşadır və elə bundan da irəli gələrək, bu problemin yaranması səbəblərilə bağlı ekspertə müraciət edir.

R.Qasımzadə "oxu.az"a deyir ki, ilk olaraq qeydiyyat məsələsində ev sahibi özü maraqlı deyil, çünki kirayənişini qeydiyyata salan ev sahibləri qanunvericiliyin tələblərinə uyğun olaraq gələcəkdə evi satmaq istəsə qeydiyyatda olan insanlardan razılıq almalıdır: "Bu səbəbdən ev sahibi bu işdə maraqlı deyil. Qanunvericilikdə qeydiyyat məsələsi sadələşdirilmiş qayda olduğu və məcburiyyət olmadığı üçün heç kim buna maraq göstərmir. Yalnız bir şərtlə - kirayənişin əcnəbi vətəndaş olduqda qeydiyyat məsələsinə müraciət edirlər".

R.Qasımzadə deyir ki, kirayə mənzillərin müqavilə əsasında verilməməsinin daha bir səbəbi vergidən yayınmadır: "Kirayə müqaviləsi notariat tərəfindən qeydiyyata alınarsa, yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən ev sahibi dövlətə vergi ödəməlidir. Bəzi vətəndaşlar bunu vergidən yayınmaq üçün edir. Amma bir məsələ də var ki, mənzil sahibi bir il müddətinə evi kirayə verir. Üç ay sonra kirayənişin deyir ki, mən artıq çıxmaq istəyirəm. Belə halda ev sahibi məcburiyyət qarşısında həmin vergini özü ödəməli olur".

Sonda isə müəllif Bakıda kirayə mənzil bazarındakı durum barədə məlumat verərək deyir ki, evlər, villalar bahalaşıb, elə yaşayış evləri var ki, kirayəsi 3000 manatdan yuxarıdır.

Müəllifin sözlərinə görə, hazırda paytaxt ətrafı kirayə evlərin minimum qiymətləri bir otaqlı mənzillər üçün 200-250 manat, iki otaqlı mənzillər üçün 250-300 manat arasındadır, üç otaqlı mənzillər üçün isə 350 AZN-dən başlayır və daha yüksək məbləğlərə qədər gedir. Ekspertə görə, mənzillərin qiymətləri ilə təklif edilən şərait uzlaşmır, belə ki, əvvəllər normal şəraitli bir otaqlı mənzili 200 manata tapmaq olurdusa, bu gün qiymət 250 manatdan yuxarıdır.