192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Arif Hacılı: "Ölkədəsöz və sərbəst toplaşmaq azadlığı təmin olunmur"
2019-03-14 17:59:00

Müsavat Partiyasının başqanı Arif Hacılının qənaətincə, Dövlət Departamentinin hesabatındakı tənqidlərə etiraz etmək yox, orda göstərilən problemləri aradan qaldırmaq lazımdır. O, Azərbaycan hakimiyyətinin ikinci yolu tutmamasına və adıçəkilən qurumun hesabatlarında, bir qayda olaraq, reallığın əksini tapmasına, Azərbaycanda hüquq və azadlıqların ciddi şəkildə pozulmasına təəssüfləndiyini bildirir.

A.Hacılı Azərbaycanda siyasi vəziyyətin həddən artıq ağır olduğunu və getdikcə ağırlaşdığını düşünür: «Ölkədə 150-dək siyasi məhbus var, söz və sərbəst toplaşmaq azadlığı təmin olunmur. Ölkədə normal yerli özünüidarəetmə sistemi yoxdur. Ölkədə real hakimiyyət bölgüsü olmadığı üçün müstəqil məhkəmə yoxdur. Müstəqil məhkəmə olmayan dövlətdə nə insan haqlarının qorunmasından, nə iqtisadiyyatda bərabər imkanların yaranmasından, nə də, ümumiyyətlə, hüquqi dövlətə aid olan nədənsə danışmaq mümkündür. Bu da ABŞ Dövlət Departamentinin hesabatında əksini tapır və çox güman, hökumət də ənənəsinə uyğun olaraq bunu rədd edəcək».